Linqvistik antropologiya

Linqvistik antropologiya — dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub, Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür.[1]

Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.[2]

  1. Duranti, Alessandro (ed.), 2004: Companion to Linguistic Anthropology Arxivləşdirilib 2017-08-01 at the Wayback Machine, Malden, MA: Blackwell.
  2. Society for Linguistic Anthropology. n.d. About the Society for Linguistic Anthropology Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne